Türkiyə Afrin bölgəsində kürd terrorçuların mövqelərinə 153 zərbə endirib - VİDEO

Türkiyə Afrin bölgəsində kürd terrorçuların mövqelərinə 153 zərbə endirib - VİDEO Əməliyyatlar qurudan və havadan aparılır
Region
21 Yanvar , 2018 13:25
Türkiyə Afrin bölgəsində kürd terrorçuların mövqelərinə 153 zərbə endirib - VİDEO

Bakı. 21 yanvar. REPORT.AZ/ Türkiyə artilleriyası və qırıcıları bazar günü səhər yenidən Suriyanın Afrin bölgəsindəki kürd silahlı birləşmələrinin (YPG) mövqelərinə zərbə endirib.

“Report” "Sabah" qəzetinə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri terrorçuların mövqelərinə ümumilikdə 153 zərbə endiriblər.

"Haberturk" telekanalının məlumatına görə, Türkiyə ordusu Suriya ərazisi ilə 3,5 km irəliyə gedib və Afrində minalanmış rayonu təmizləyib.

Son xəbərlər

Orphus sistemi