Yuxarı

Türkiyə İrana qarşı sanksiyalara görə möhlətin uzadılmamasına qarşıdır

Türkiyə ABŞ-ın İrana qarşı sanksiya möhlətini uzatmamasına qarşıdır

"Türkiyə ABŞ-ın İrandan neft idxalına görə bir sıra ölkələrə verdiyi möhləti uzatmamasına mənfi baxır".

“Report” NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib. 

Onun sözlərinə görə, möhlətin başa çatması qərarı regionda sülh və sabitliyə xidmət etmir, İran xalqına da ziyan vuracaq.

M.Çavuşoğlu bundan əvvəl “Twitter”dəki səhifəsində də eyni mövqe bildirmişdi: "Birtərəfli sanksiyaları və qonşularımızla necə əlaqələr quracağımız barədə hökmləri qəbul etmirik".

ABŞ hökuməti də bundan əvvəl İrana qarşı sanksiyalardan möhlət verdikləri 8 ölkəyə (Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Türkiyə, Yunanıstan, İtaliya) yeni möhlət verilməyəcəyini açıqlamışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi