Bakı. 15 avqust. REPORT.AZ/ Türkiyə ABŞ-ın sanksiyalarına cavab olaraq bir sıra Amerika məhsullarının idxal rüsumlarını kəskin qaldırıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq fərmanı "Resmi Gazete" nəşrində dərc olunub.
Sənədə əsasən, Birləşmiş Ştatlardan idxal olunan tütün məmulatlarının rüsumu 60%, spirt məhsullarının rüsumu 140%, avtomobillərin rüsumu 120%, kosmetika məmulatlarının rüsumu 60%-dək, düyü 50%, meyvə isə 20% qaldırılıb. Rüsumlar bir sıra digər Amerika məhsullarında da qaldırılıb.