Türkiyə ABŞ-a görə iqlim üzrə Paris sazişinin ratifikasiyasını dayandırıb

Türkiyə ABŞ-a görə iqlim üzrə Paris sazişinin ratifikasiyasını dayandırıb Prezident Ərdoğan bildirib ki, Türkiyə Paris sazişini hələ ki, ratifikasiya etməyəcək
Region
8 İyul , 2017 22:13
Türkiyə ABŞ-a görə iqlim üzrə Paris sazişinin ratifikasiyasını dayandırıb
Foto: rg.ru

Bakı. 8 iyul. REPORT.AZ/ Ankara ABŞ-ın mövqeyinə görə iqlim üzrə Paris sazişinin ratifikasiyasını dayandırıb.

"Report" xəbər verir ki, bunu G20 sammiti zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O deyib ki, Türkiyə ABŞ-ın qərarı səbəbindən iqlim üzrə Paris sazişini hələ ki, ratifikasiya etməyəcək.

Bundan əvvəl Vaşinqton sazişdən imtina edib.

ABŞ və G20-nin digər ölkələri arasında iqlim məsələsi üzrə fikir ayrılığı Hamburqda sammitin yekunları üzrə qəbul olunmuş kommünikedə öz əksini tapıb. Sənəddə deyilir ki, iqlim üzrə qərara yenidən baxılmayacaq.

Son xəbərlər

Orphus sistemi