Bakı. 3 mart. REPORT.AZ/ Türkiyə 2023-cü ildə özünün ilk qırıcı təyyarəsini istehsal edəcək.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Fuat Oktay bildirib.
O, qeyd edib ki, ölkə 2023-cü ildə öz istehsalı olan ilk qırıcısını təqdim edəcək. Lakin yeni silahin orduya 2031-ci ildə qəbul ediləcəyi planlaşdırılır.
"Biz artıq 2026-cı ildə onu səmada görə biləcəyik", - deyə Fuat Oktay qeyd edib.
Qeyd edək ki, Türkiyənin öz qırıcısını yaratması niyyəti 2017-ci ildə məlum olub.
Daha əvvəl Türkiyənin Hərbi Hava Qüvvələri PKK terrorçularının İraqın şimalındakı Avaşin-Basyan rayonundakı obyektlərinə zərbələr endirib.