Yuxarı

"Turkish Airlines" Sankt-Peterburqdan Antalyaya müntəzəm reyslərə başlayıb

Uçuşlar həftədə dörd dəfə həyata keçiriləcək

Bakı. 9 avqust. REPORT.AZ/ "Turkish Airlines" aviaşitkəti Sankt-Peterburqdan Antalyaya müntəzəm reyslər yerinə yetirməyə başlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, uçuşlar həftədə dörd dəfə - çərşənbə axşamı, çərşənbə, cümə axşamı və cümə günü həyata keçiriləcək.

Qeyd edək ki, "Turkish Airlines" aviaşirkəti 2014-cü ilin oktyabr ayından Sankt-Peterburq və Antalya arasında müntəzəm reysi dayandırmışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi