"Turkish Airlines" Bakı və Gəncə istiqamətləri də daxil olmaqla 395 reysi təxirə salıb

"Turkish Airlines" Bakı və Gəncə istiqamətləri də daxil olmaqla 395 reysi təxirə salıb Buna İstanbula yağan güclü qar səbəb olub
Region
7 Yanvar , 2017 02:47
Turkish Airlines Bakı və Gəncə istiqamətləri də daxil olmaqla 395 reysi təxirə salıb

Bakı. 7 yanvar. REPORT.AZ/ "Turkish Airlines" aviaşirkəti Bakı və Gəncə istiqamətləri də daxil olmaqla İstanbuldan 7 yanvar tarixinə planlaşdırılan 395 daxili və xarici reysi təxirə salıb.

"Report" xəbər verir ki, buna Türkiyənin qərb hissəsinə yağan güclü qar və pis hava şəraiti səbəb olub.

Təxirə salınan aviareyslər "Atatürk" (İstanbulun Avropa hissəsi) və "Səbiha Gökçan" aeroportlarından (Şəhərin Asiya hissəsi) yerinə yetirilməli idi.

İstanbuldan Bakıya "TK 338" saylı, Gəncəyə isə "TK 328" aviareyslər təxirə salınıb. Hər iki reyslə uçmalı olan təyyarələr bu gün səhər saatlarında Azərbaycanda eniş etməli idilər.

Atatürk Beynəlxalq Hava Limanı hava şəraiti ilə əlaqədar aviaəlaqə üçün tamamilə bağlanıb.

Son xəbərlər

Orphus sistemi