"Türk Telekom"un 58 əməkdaşı FETÖ-yə görə saxlanılıb

"Türk Telekom"un 58 əməkdaşı FETÖ-yə görə saxlanılıb İlk əməliyyatlar zamanı şirkətin 11 işçisi tutulmuşdu
Region
3 Sentyabr , 2016 16:04
Türk Telekomun 58 əməkdaşı FETÖ-yə görə saxlanılıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Fətullahçı terror təşkilatı (FETÖ) ilə bağlı istintaq əməliyyatı çərçivəsində Türkiyənin "Türk Telekom" şirkətinin 58 işçisi şübhəli qismində saxlanılıb.

"Report" "Sabah"a istinadən xəbər verir ki, şübhəlilərdən 37-si barəsində həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, 21 şübhəli isə məhkəmə nəzarəti altında qalmaqla sərbəst buraxılıb. Bundan başqa, daha 31 şübhəlinin axtarışları davam edir.

Xəbərdə bildirilib ki, FETÖ-yə qarşı ilk əməliyyatlar zamanı şirkətin 11 işçisi tutulmuşdu. 

Son xəbərlər

Orphus sistemi