Türk ordusu İraqın daxilinə doğru 26 kilometr irəliləyib

Türk ordusu İraqın daxilinə doğru 26 kilometr irəliləyib Bakı. 2 iyun. REPORT.AZ/ Türkiyə qoşunları İraqın şimalında ölkənin daxilinə doğru 26 kilometr irəliləyib.
Region
2 İyun , 2018 19:58
Türk ordusu İraqın daxilinə doğru 26 kilometr irəliləyib

Bakı. 2 iyun. REPORT.AZ/ Türkiyə qoşunları İraqın şimalında ölkənin daxilinə doğru 26 kilometr irəliləyib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soyluya istinadən "Anadolu" məlumat yayıb.

"Əsgərlərimiz Şimali İraqda 26-27 kilometr irəliləyib. Qandilə (İraqda şəhər – red.) az qalıb, biz bu xain quruluşu boş buraxmayacağıq", — deyə agentlik Soylunun sözlərini sitat gətirib.

İraqın şimalında yerləşən Qandil şəhərində PKK terror təşkilatının bazası yerləşir.

Son xəbərlər

Orphus sistemi