"Türk Hava Yolları": “Qəzaya uğrayan təyyarə bizim şirkətə aid deyil”

"Türk Hava Yolları": “Qəzaya uğrayan təyyarə bizim şirkətə aid deyil” Bu şirkət 2004-cü ildə Türkiyədə yaradılıb
Region
16 Yanvar , 2017 10:57
Türk Hava Yolları: “Qəzaya uğrayan təyyarə bizim şirkətə aid deyil”

Bakı. 16 yanvar. REPORT.AZ/ “Qırğız Respublikasının Çuy vilayətinin Manas beynəlxalq hava limanında qəzaya uğrayan “Boeing 747” yük təyyarəsi "Türk Hava Yolları"na deyil, “MyCargo Airlines” hava şirkətinə aiddir”.

“Report” “Sputnik.kg”yə istinadən xəbər verir ki, bunu "Türk Hava Yolları" şirkətindən bildiriblər.

İnformasiyaya əsasən, bu şirkət 2004-cü ildə Türkiyədə yaradılıb və “Boeing 747-400BDSF”, “Boeing 747-400F” və “Boeing 747-400ERF” yük təyyarələri vasitəsi ilə yük daşıyır. 

Məlumata görə, “Manas” hava limanı yaxınlığında qəzaya uğrayan “Boeing-747” təyyarəsi də bu şirkətə aiddir. ACT Hava yollarının “MyCargo Airlines" şirkəti kimi fəaliyyət göstərir. 

Qeyd edək ki, təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi