Yuxarı

"Türk Hava Yolları" Bakı da daxil olmaqla bir çox reysləri təxirə salıb

Reyslər İstanbulda bu gün gözlənilən fırtınaya görə təxirə salınıb

Bakı. 9 yanvar. REPORT.AZ/ "Türk Hava Yolları" şirkəti İstanbulun hava limanlarından bu günə nəzərdə tutulan 31 daxili və xarici reysin eniş və qalxmasını təxirə salıb. "Report" xəbər verir ki, bu haqda "Hürriyet" qəzeti məlumat yayıb.

Məlumata görə, reyslər İstanbulda bu gün gözlənilən fırtınaya görə təxirə salınıb. Təxirə salınan reyslər arasına İstanbul-Bakı reysi də daxil edilib.

Səyahətdən öncə müştərilər şirkətin saytından əlavə məlumat əldə edə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi