Yuxarı

​Türk hakerləri Ermənistanın dövlət orqanlarının saytlarına kiber hücumu edib

Aslan neferler timi yönəli kiber hücumları davam etdirəcəklərini vurğulayıblar

Bakı. 6 aprel. REPORT.AZ/ "Aslan neferler tim"i adlı hakerlər qrupu Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı, Energetika və Kənd Təsərrüfatı nazirlikləri, habelə Müdadiə Nazirliyinə aid saytlara kiber hücumu edərək, girişi bağlayıblar.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, türk hakerləri Azərbaycana dəstək vermək məqsədi ilə Ermənistanın başqa dövlət orqanlarının saytlarına da girişi bağlayıblar. "Aslan neferler tim"i sosial şəbəkədəki səhifələrində Ermənistana yönəli kiber hücumları davam etdirəcəklərini vurğulayıblar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi