Tümendə 3 avtomobil toqquşub: 5 nəfər ölüb, 3 nəfər yaralanıb

Tümendə 3 avtomobil toqquşub: 5 nəfər ölüb, 3 nəfər yaralanıb Hadisə Tümen - Xantı-Mansiy avtomobil yolunun 382-ci kilometrliyində baş verib
Region
15 Oktyabr , 2016 10:43
Tümendə 3 avtomobil toqquşub: 5 nəfər ölüb, 3 nəfər yaralanıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Rusiyanın Tümen şəhərində 3 avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

"Report" Rusiya Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 15-də səhər saatlarında "Şkoda", "Lada Larqus" və "VAZ-2105" toqquşub.

İnformasiyaya əsasən, sürətlə hərəkət edən "VAZ-2105" "Şokada"ya çırpılıb, zərbə onun qarşı tərəfdən hərəkət edən "Lada Larqus"la toqquşmasına səbəb olub.

Xəbərə görə, hadisə Tümen - Xantı-Mansiy avtomobil yolunun 382-ci kilometrliyində baş verib. 

Son xəbərlər

Orphus sistemi