TSK: İraqın şimalında Türkiyənin 2 hərbçisi şəhid olub, 3-ü yaralanıb - YENİLƏNİB

TSK: İraqın şimalında Türkiyənin 2 hərbçisi şəhid olub, 3-ü yaralanıb - YENİLƏNİB Türkiyə Hərbi Hava Qüvvələrinin ərazini bombalaması nəticəsində 8 terrorçu məhv edilib
Region
16 Oktyabr , 2017 19:44
TSK: İraqın şimalında Türkiyənin 2 hərbçisi şəhid olub, 3-ü yaralanıb - YENİLƏNİB

Bakı. 16 oktyabr. REPORT.AZ/ İraqın şimalında Türkiyənin 2 hərbçisi şəhid olub, biri ağır olmaqla 3-ü yaralanıb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri (TSK) Baş Qərargahı məlumat yayıb. 

Belə ki, Zap bölgəsində Türkiyə hərbçilərinin avtomobilinin keçdiyi yolda əldəqayırma partlayıcı partladılıb və PKK terrorçuları ilə silahlı qarşıdurma yaranıb. 

Bundan sonra Türkiyə Hərbi Hava Qüvvələrinin ərazini bombalayıb, nəticədə 8 terrorçu məhv edilib.  


*** 16:10

Türkyənin Hakkari əyalətinin Çukurça rayonunda hərbçilərin avtomobilinin keçdiyi yolda əldəqayırma qumbaranın partladılması nəticəsində 2 hərbçi şəhid olub, yaralananlar var.

“Report” "CNNTürk"ə istinadən xəbər verir ki, hadisə Türkiyə ilə İraq sərhədində olub. 

Son xəbərlər

Orphus sistemi