Yuxarı

TSK-dan açıqlama: Şimali İraqda 30 terrorçu zərərsizləşdirilib

Onların arasında separatçı terror təşkilatının lider heyəti də var

Bakı. 5 sentyabr. REPORT.AZ/  Türkiyə Silahlı Qüvvələri Şimali İraqa edilən hərbi əməliyyat ilə bağlı açıqlama verib.

"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, Silahlı Qüvvələrin Baş Qərərgahı ötən bazar günü İraqın şimalındakı Gara bölgəsi istiqamətində hava hərəkatı nəticəsində aralarında separatçı terror təşkilatının liderlərinin də olduğu 30 terrorçunun zərərsizləşdirildiyini bildirib.

Açıqlamada deyilir ki, hava hərəkatı kəşfiyyat, eləcə də pilotsuz uçan aparat (PUA) vasitəsilə əldə olunan məlumatlar əsasında reallaşdırılıb: "Hərbi Hava Qüvvələrinə aid təyyarələr dünən günorta saatlarında Gara bölgəsində təsbit edilən iki hədəfi yerlə yeksan edib."

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi