Bakı. 30 yanvar. REPORT.AZ/ Türkiyənin TRT televiziya kanalının keçmiş diktoru Həmzə Günerigök qeyri-qanuni yollarla Yunanıstana qaçmağa çalışarkən üzərində 5 200 ABŞ dolları ilə saxlanılıb.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, onun barəsində əvvəl Fətullahçı Terror Təşkilatı/Kölgə Dövləti Quruculuğuna (FETÖ/PDY) qarşı aparılan istintaq tədbirləri çərçivəsində həbs qərarı çıxarılıb.
Şübhəli Ədirnə şəhərində saxlanılıb.