TRT dövlət çevrilişi cəhdindən sonra xəbər studiyasının adını dəyişdirib

TRT dövlət çevrilişi cəhdindən sonra xəbər studiyasının adını dəyişdirib Bundan sonra telekanalın xəbər xidməti üçün istifadə etdiyi studiya "15 iyul millət studiyası" adını daşıyacaq
Region
27 İyul , 2016 19:47
TRT dövlət çevrilişi cəhdindən sonra xəbər studiyasının adını dəyişdirib

Bakı. 27 iyul. REPORT.AZ/ Türkiyə Radio və Televiziya Şurası (TRT) xəbər studiyasının adını dəyişdirib. 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bundan sonra telekanalın xəbər xidməti üçün istifadə etdiyi studiya "15 iyul millət studiyası" adını daşıyacaq. 

Məlumata görə, TRT İdarə Heyəti Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdindən sonra belə bir qərar qəbul edib. 

Qeyd edək ki, iyulun 15-də dövlət çevrilişinə cəhd zamanı bir qrup hərbçi TRT-nin binasına daxil olaraq, aparıcını qiyamçıların ölkənin idarəçiliyini ələ keçirdiyi barədə məlumatı oxumağa məcbur etmişdilər. 

Son xəbərlər

Orphus sistemi