Yuxarı

Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə işçi qrupun Tbilisidə növbəti toplantısı keçirilib

​Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə işçi qrupun

Gürcüstanın paytaxtı Tbilisidə “Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi” Beynəlxalq Assosiasiyasının inkişafı üzrə işçi qrupun növbəti toplantısı keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” SC məlumat yayıb.

Toplantıda “Orta dəhliz”ə yeni növ yüklərin cəlb olunması və 2020-ci il üçün vahid şəffaf tarif siyasəti məsələləri müzakirə olunub.

Görüş çərçivəsində Ukraynanın “TIS Konteyner Terminalı” və “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin Beynəlxalq Assosiasiyaya qəbul olunması barədə qərar verilib.

Görüşdə həmçinin Azərbaycan və Qazaxıstan limanları arasında “Orta dəhliz”də daşınmaların ümumi effektivliyinin artırılması və konteyner daşımalarının asanlaşdırılması məqsədilə avtomatik məlumat mübadiləsi barədə razılıq əldə olunub.

Toplantıda Gürcüstanla yanaşı, Azərbaycan, Qazaxıstan, Ukrayna, Polşa, Türkiyədən olan dəmir yolu idarələrinin nümayəndələri, liman və loqistika şirkətlərinin 60-dan çox təmsilçisi iştirak edib.

İşçi qrupun toplantısının yekununda protokol imzalanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi