"Transparency International": Ermənistanda seçicilərin səslərini satın alması ilə bağlı onlarla hal qeydə alınıb

"Transparency International": Ermənistanda seçicilərin səslərini satın alması ilə bağlı onlarla hal qeydə alınıb QHT Yerevanda və Ermənistanın digər 12 şəhərlərdə araşdırma aparıb
Region
29 Mart , 2017 15:31
Transparency International: Ermənistanda seçicilərin səslərini satın alması ilə bağlı onlarla hal qeydə alınıb

Bakı. 29 mart. REPORT.AZ/ Ermənistanda bu il martın 13-dən 24-dək olan dövrdə seçkiqabağı seçici səslərinin satın alınması və ya rüşvət veriləcəyi ilə bağlı vədin olduğu 45 hal qeydə alınıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə "Transparency International" Antikorrupsiya Mərkəzinin proqram rəhbəri Varujan Oktanyan "2017-ci ilin seçkilərdə administartiv resurslardan sui-istifadə" monitorinqinin nəticələrini təqdim edərkən məlumat verib.

QHT Yerevanda və Ermənistanın digər 12 şəhərlərdə araşdırma aparıb.

Onun sözlərinə görə, inzibati resurslardan istifadə ilə pozuntu halları bütün ölkə daxilində qeydə alınıb. Məsələn, Kəvər Dövlət Universitetinin müəllimləri, Ermənistan Respublika Partiyasını və "Çiçəklənən Ermənistan" Partiyasını təmsil edən seçki komissiyalarının üzvləri iş vaxtı təşviqat kampaniyasında iştirak edib.

Seçkiqabağı rüşvət hallarından danışan V.Oktanyan seçici səslərini satın alan və ya səs qarşılığında rüşvət təklif edənlərin Ermənistanın hakim Respublika Partiyasının və "Sarukyan" blokunun nümayəndələri olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi