Tramp Britaniyanın ardından digər ölkələrin də Avropa İttifaqından çıxacağını bildirib

Tramp Britaniyanın ardından digər ölkələrin də Avropa İttifaqından çıxacağını bildirib "İqtisadi problemlərin vəhdəti və miqrasiya böhranı buna gətirib çıxaracaq"
Region
16 Yanvar , 2017 04:19
Tramp Britaniyanın ardından digər ölkələrin də Avropa İttifaqından çıxacağını bildirib

Bakı. 16 yanvar. REPORT.AZ/ ABŞ-ın seçilmiş prezidenti Donald Tramp Böyük Britaniyanın ardından digər qitə ölkələrinin də Avropa İttifaqından (Aİ) çıxacağını gözləyir.

"Report" xəbər verir ki, bunu o, "The Times" qəzetinə müsahibəsində deyib.

Trampın fikrincə, iqtisadi problemlərin vəhdəti və miqrasiya böhranı qitə ölkələrinin Aİ-dən çıxmasına gətirib çıxaracaq.

"İnsanlar, ölkələr öz eyniyyətlərini qaytarmaq istəyirlər və Böyük Britaniya da öz eyniliyini qaytarmaq istəyir. Mən hesab edirəm ki, bu o qədər çoxdur ki, hətta onlar bütün qaçqınları qəbul etmək məcburiyyətində qalmasalar belə, ... bu, "Brexit"lə nəticələnərdi. Bu (miqrasiya siyasəti. — Report) dəvənin belini qıran sonuncu damcı oldu...Mən hesab edirəm ki, digərləri də çıxacaq", — deyə seçilmiş prezident bildirib.

Son xəbərlər

Orphus sistemi