Yuxarı

Kasım-Jomart Tokayev Qazaxıstan Prezidenti vəzifələrinin icrasına başlayıb

Tokayev Qazaxıstan prezidenti vəzifələrinin icrasına başlayıb

Kasım-Jomart Tokayev parlament palatalarının birgə iclası zamanı Qazaxıstan xalqı qarşısında and içib və bununla da Prezident vəzifələrinin icrasına başlayıb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Xatırladaq ki, dünən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev respublika telekanallarının efirində istefa verdiyini və qalan müddətə səlahiyyətlərini Senatın (yuxarı palatası) sədri Kasım-Jomart Tokayevə verdiyini açıqlayıb.

Qazaxıstanda seçkilər 2020-ci ilə planlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi