Yuxarı

“Time” jurnalı Әrdoğanı ilin adamı elan edə bilər

“Time” jurnalının sorğu anketində Türkiyədən tək namizəd Rəcəb Tayyip Ərdoğandır

Bakı. 1 dekabr. REPORT.AZ/ Amerikanın dünyaca məşhur "Time" jurnalı öz versiyası üzrə "İlin adamı"nı açıqlamaya hazırlaşır. Jurnalın bu ilki namizəd siyahısına Türkiyədən ancaq prezident Rəcəb Tayyib Ərdoğanın adı daxil edilib.

"Report" TRT telekanalına istinadən xəbər verir ki, əvvəlki illərdə də “Time”ın anketində namizədlər arasında yer alan prezident Ərdoğan, hal hazırda siyahıda 29-cu sıradadır. Təqdimat yazısında Ərdoğan üçün, “ Baş nazir olduğu son illərdə əleyhdarlarına baxmayaraq, Türkiyədə xalqın seçdiyi ilk prezident olaraq tarixdə qaldı” deyə ifadə edilir.

Siyahıda Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Barak Obama, Suriya Dövlət başçısı Bəşər Əsəd və İŞİD lideri Əbu bəkr Əl Bağdadi də yer alır.

Qeyd edək ki, “İlin Adamı” ünvanı insanların həyatına və xəbər gündəmlərinə il ərzində müsbət və ya mənfi olaraq ən çox təsir edən şəxsə verilir.

Səs vermə müddəti dekabr ayının 6-sı, saat 23:59- da başa çatacaq. “İlin Adamı” isə, dekabr ayının 10-da açıqlanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi