Tiflisdə "Stop Russia!" şüarı altında aksiya keçirilib

Tiflisdə "Stop Russia!" şüarı altında aksiya keçirilib Gürcüstan hökümətinin Moskva ilə münasibətləri əleyhinə kütləvi aksiya keçirilib
Region
19 İyul , 2015 14:44
Tiflisdə Stop Russia! şüarı altında aksiya keçirilib

Bakı. 19 iyul. REPORT.AZ/Tiflisin mərkəzində "Stop Russia!" şüarı altında Rusiyanın Abxaziya və Cənubi Osetiyada apardığı siyasət və Gürcüstan hökümətinin Moskva ilə münasibətləri əleyhinə kütləvi aksiya keçirilib.

"Report"un BBC-yə istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları "Rusiya işğalçıdır!", "Düşmənlə əməkdaşlığa - yox!" şüarları yazılmış plakatlar qaldırmışdılar.

Aksiya ötən gün Gürcüstan höküməti binası önündə keçirilib.

Aksiyada çıxış edənlər Gürcüstanın Rusiya tərəfindən "işğalına" və Gürcüstan rəsmilərinin Moskvanın hərəkətləri qarşısında pasivlik nümayiş etdirmələrilə bağlı etirazlarını söyləmişdilər.

Son xəbərlər

Orphus sistemi