ilk xəbər saat 15:50-də yayımlanıb
Bakı. 28 mart. REPORT.AZ/ Tiflisdə iş adamı Besik Xardziani yaşadığı binasının girişində güllələnib. "Report" xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.
Məlumatda bildirilib ki, naməlum şəxs onun ardınca gedərək binanın girişində iş adamına başından atəş açıb.
B.Xardziani respublika xəstəxanasına yerləşdirilib.
Son məlumata görə, biznesmen xəstəxanada ölüb.