​Tiflisdə Azərbaycan dilində kukla tamaşası olacaq

​Tiflisdə Azərbaycan dilində kukla tamaşası olacaq Tamaşaya Marneuli rayonunun ümumtəhsil məktəblərinində oxuyan 50 azərbaycanlı birinci və ikinci sinif şagirdləri dəvət edilib
Region
31 Mart , 2015 13:34
​Tiflisdə Azərbaycan dilində kukla tamaşası olacaq

Bakı. 31 mart. REPORT.AZ/ Bu gün Tiflisin Nodar Dumbadze adına Gənc Tamaşaçılar Teatrında Azərbaycan dilində "Seviliya bərbəri" opera əsərinin kukla tamaşası olacaq.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda Gürcüstanın Barışıq və vətəndaş bərabərliyi üzrə Dövlət Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Tamaşaya Marneuli rayonunun ümumtəhsil məktəblərində oxuyan 50 azərbaycanlı birnci və ikinci sinif şagirdləri dəvət edilib. Onlarla yanaşı, tamaşaya Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri də tamaşa edəcək.

Tədbir BMT-nin Gürcüstandakı "Gürcüstanda milli inteqrasiyanın gücləndirilməsi" Assosiasiyası, Marneuli Gənclər Mərkəzinin birgə layihəsi çərçivəsində keçirilir. 

Son xəbərlər

Orphus sistemi