Ərdoğan təyyarə böhranından sonra ilk dəfə Rusiyaya səfərə gedib

Ərdoğan təyyarə böhranından sonra ilk dəfə Rusiyaya səfərə gedib O, rusiyalı həmkarı Vladimir Putinlə təkbətək görüş keçirəcək
Region
9 Avqust , 2016 14:25
Ərdoğan təyyarə böhranından sonra ilk dəfə Rusiyaya səfərə gedib

Bakı. 9 avqust. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiyaya səfərə gedib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, səfər zamanı Türkiyə prezidentinin rusiyalı həmkarı Vladimir Putinlə təkbətək görüşü olacaq.

R.T.Ərdoğan həmçinin xarici işlər, iqtisadiyyat, nəqliyyat, müdafiə və kənd təsərrüfatı nazirləri müşayiət edirlər.

Qeyd edək ki, 2015-ci il noyabrın 24-də Rusiyaya məxsus "Su-24" döyüş təyyarəsi Türkiyənin hava sərhədini pozduğu üçün Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulmuşdu. Bundan sonra iki ölkə arasında münasibətlər pozulmuşdu. Həmin hadisədən sonra ilk dəfədir iki ölkənin liderləri görüşür. 

Son xəbərlər

Orphus sistemi