Yuxarı

Ermənistanda təşkilat rəhbəri xeyriyyəçilik adı altında 30 milyon dramı mənimsəyib

Bakı. 16 fevral. REPORT.AZ/ Ermənistan polisi fırıldaqçılıq yolu ilə təxminən 30 milyon dramın (yerli pul -red) mənimsənilməsi hadisəsini aşkarlayıb.

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə polisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, polisə dələduzluq haqqında məlumatlar daxil olub. Məlumat əsasında müəyyənləşdirilib ki, "Zorex apaqa" adlı ictimai təşkilatın rəhbəri xeyriyyəçilik bəhanəsi ilə müxtəlif şəxslərin etibarından sui-istifadə edərək, onların 28 milyon dramını və tikinti materialını, habelə 1,5 milyon dram məbləğində yanacağını fırıldaqçılıq yolu ilə mənimsəyib.

Fakt üzrə cinayət işi başlayıb.

Araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi