Terrorçu "PYD"nin "Türkiyəyə qarşı savaşın" çağırışının videosu yayılıb - VİDEO

Terrorçu "PYD"nin "Türkiyəyə qarşı savaşın" çağırışının videosu yayılıb - VİDEO KİV: Yaxın zamanlarda PKK-da kürdlərin sayı kəskin azalacaq
Region
18 Fevral , 2016 15:33
Terrorçu PYDnin Türkiyəyə qarşı savaşın çağırışının videosu yayılıb - VİDEO

Bakı. 18 fevral. REPORT.AZ/ Terrorçu PKK-nın Suriyadakı qolları "PYD" və "YPG"yə qatılan qərbli terrorçular Türkiyənin rəsmi qurumlarına hücum edilməsi haqda verdikləri tapşırıqların videosu yayılıb.

"Report" Türkiyənin "haber7" saytına istinadən xəbər verir ki, 4 ayrı dildə hazırladıqları video ilə qərbli terrorçular Avropada yaşayan kürdləri Türkiyəyə qarşı fəaliyyətə başlamağa çağırır.

Məlumata görə, kürdlərin hüquqlarını müdafiə etdiyini iddia edən terrorçu PKK qruplaşmasında yaxın zamanlarda kürdlərin sayı kəskin şəkildə azalacaq, başqa etnik qrup və dinin nümayəndələrinin sayı çoxlacaq.

Videoda qərbli terrorçular və "YPG" silahlıları Avropada yaşayan kürdlərə "Türkiyəyə qarşı savaşın" çağırışını ediblər.

Son xəbərlər

Orphus sistemi