Yuxarı
    Bağlamaq

    ​Terrorçu PKK Türkiyədə XVI əsrə aid məscidi yandırıb - VİDEO

    Xəbərdə bildirilib ki, terror aksiyası nəticəsində məscidə ciddi ziyan dəyib

    Bakı. 7 dekabr. REPORT.AZ/ Türkiyənin Diyarbəkir əyalətində Osmanlı dövrünə aid məsciddə terrorçu PKK silahlıları partlayış törədib.

    "Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

    Məlumata görə, terrorçular Diyarbəkir şəhərinin Fatihpaşa məscidinə (Kurşunlu came) əldə düzəldilən partlayıcı qurğu atıblar. Nəticədə yanğın baş verib.

    Xəbərdə bildirilib ki, terror aksiyası nəticəsində məscidə ciddi ziyan dəyib.

    Qeyd edək ki, bu məscid 1516-1520-ci illərdə, Osmanlı imperiyası dövründə tikilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi