PKK terror qruplaşmasının qəzeti bağlanılıb

PKK terror qruplaşmasının qəzeti bağlanılıb Bu ilin martında Ankara prokurorluğu qəzetə qarşı cinayət işi açmışdı
Region
16 Avqust , 2016 15:25
PKK terror qruplaşmasının qəzeti bağlanılıb

Bakı. 16 avqust. REPORT.AZ/ Terrorçu PKK qruplaşmasını təbliğ edən "Özgür gündəm" adlı qəzet bağlanılıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə İstanbul 8-ci Sülh Məhkəməsi qərar çıxarıb.

Qeyd edək ki, Ankarada törədilən terroru sevinclə qarşıladığı üçün bu ilin martında Ankara Prokurorluğu "Özgür gündəm" qəzetinə qarşı cinayət işi açmışdı. Məhz Ankaranın "Kızılay" meydanı yaxınlığında törədilən terror aktı nəticəsində 37 nəfər həyatını itirmiş, 125 nəfər isə yaralanmışdı.

Xatırladaq ki, "Özgür gündəm" Türkiyədə çıxır və davamlı olaraq terrorçu PKK və onun iddialarını təbliğ edir. Qəzetin martın 14-də işıq üzü görmüş sayında "Novruzun ayaq səsləri" manşeti ilə çıxmışdı. Həmin yazıda Türkiyəyə və onun ərazi bütövlüyünə qarşı iddialar irəli sürülmüşdü. 

Son xəbərlər

Orphus sistemi