Bakı. 10 iyul. REPORT.AZ/ Terrorçu PKK qruplaşmasının aparıcıl fiqurlarından sayılan "Bahoz Ərdal" ləqəbli Fehman Hüseyn zərərsizlşdirilib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə baş nazirinin müavini Veysi Kaynak Ədalət və İnkişaf Partiyasının Elbistan rayon təşkilatı üzvlərinin toplantısındakı çıxışı zamanı bildirib.
"PKK-nın ən əhəmiyətli fiqularından biri olan "Bahoz Ərdal" ləqəbli Fehman Hüseynin mindiyi maşının havaya uçurularaq, zərərsizləşdirildiyi xəbərini aldıq. Biz bir terrora qarşı mübarizə aparmaqla yanaşı, ölkəmizin əmin-amanlığını və rifahını da düşünürük", -deyə baş nazirin müavini vurğulayıb.
"Tel Xamis" adlı Suriyadakı müxalif təşkilatlardan birinin təmsilçisi Xalid əl-Hasekavi bildirib ki, terrorçunun olduğunavtomobil Suriyanın Kamışlı şəhərinin Ximo rayonu ərazisində partladılıb. Həmin partlayışnəticəsində Fehman Hüseynlə yanaşı azı 8 nəfər ölüb.