Yuxarı

​Terrorçu PKK-nın 31 ildə qətlə yetirdiyi insanların sayı açıqlanıb

Türkiyənin 7 min 230 hərbçisi, o cümlədən min 466 kənd gözətçisi həyatını itirib

Bakı. 28 avqust. REPORT.AZ/ Terrorçu PKK 31 il ərzində uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla 6 min 741 nəfəri qətlə yetirib, 14 min 257 nəfəri yaralayıb.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, PKK ilk terror aktını 1984-cü ilin avqustunda Türkiyənin Şemdinli və Əruh rayonlarında törədib. Terrorçu təşkilatın başçısı Abdulla Öcalanın tapşırığı ilə törədilən partlayış nəticəsində Süleyman Ziya adlı şəxs həyatını itirib, 9 hərbçi və 3 mülki şəxs yaralanıb.

Bəzi mənbələrin məlumatlarına görə, terrorçu təşkilat özünün 21 nəfər adamını öldürüb. Ancaq onların sayının çox olduğu ehtimal edilir. 

Məlumata əsasən, 31 ildə Türkiyə təhlükəsizlik qüvvələri 22 min 374 terrorçu zərərsizləşdirib, 48 min 435-i yaralı olaraq tutulub. Onlardan bu müddətdə 48 min 435 ədəd iriçaplı silah və ağır texnika, 79 min 864 əl qumbarası, 43 min 120 tapança və 5 milyon 562 döyüş gülləsi götürülüb.

Terorrçu PKK-ya qarşı əməliyyatlarda və ya döyüşlərdə Türkiyənin 7 min 230 hərbçisi, o cümlədən  min 466 kənd gözətçisi həyatını itirib, 21 min 128 nəfər isə yaralanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi