İŞİD Türkiyənin 18 əyalətində terror törətmək istəyib

İŞİD Türkiyənin 18 əyalətində terror törətmək istəyib Terror qruplaşmasının rəhbəri Yunus Durmaz hazırda Suriyadadır
Region
27 Yanvar , 2016 13:14
İŞİD Türkiyənin 18 əyalətində terror törətmək istəyib

Bakı. 27 yanvar. REPORT.AZ/ Terrorçu İŞİD qruplaşması Türkiyənin 18 əyalətində terror aktları törətməyi planlaşdırıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Qeyd edək ki, ötən il oktyarbın 1-də Ankarada törədilən terror nəticəsində 102 nəfər həlak olmuşdu. Bundan sonra terror qruplaşmasının özəyinin Türkiyənin Qaziantəp şəhərində yerləşdiyi aşkarlanmışdı. Qrupa Yunus Durmaz adlı terrorçu başçılıq edib. Onun kompüterindəki kodlaşdırılmış sənədlər araşdırıldıqdan sonra terrorçuların Türkiyədə çoxsaylı terror aktları törətməklə ölkədə xaos yaratmaq istədikləri müəyyən edilib.

Xəbərə əsasən, Yunus Durmaz hazırda Suriyadadır. 

Son xəbərlər

Orphus sistemi