Yuxarı
    Bağlamaq

    Əhməd Davudoğlu: "Terror təşkilatlarının əməlləri cavabsız qalmayacaq"

    Türkiyədən başqa heç bir NATO ölkəsi İŞİD-lə sərhədlərini bölüşmək məcburiyyətində deyil

    Bakı. 1 avqust. REPORT.AZ/ "Türkiyəni hədəf alan terror təşkilatlarının əməlləri cəzasız qalmayacaq və bunları bilmələri lazımdır". "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Əhməd Davudoğlu "The Washington Post" qəzetində dərc olunan məqaləsində qeyd edib.

    Onun sözlərinə görə, Suriya və İraqdakı hadisələr ilk baxışda insanı ümidsizlik və çarəsizliyə sürükləyir: "Ancaq tarix professoru, diplomat və siyasətçi kimi bilirəm ki, baş verənlərə bütünlükdə nəzər saldıqda hər şeyin mənalı olduğunu görmək mümkündür. Türkiyənin cənubunda baş verən hadisələri çətinliklə də olsa ələ alarkən bu həqiqətləri dərk etməliyik".

    Məqalədə bildirilir ki, Türkiyə İŞİD-in əsl simasını üzə çıxardığı ilk andan etibarən təşkilatla mübarizədə tam öhdəliyə malikdir: "Türkiyədən başqa heç bir NATO ölkəsi İŞİD-lə sərhədlərini bölüşmək məcburiyyətində deyil"

    Ə.Davudoğlu əlavə edib ki, Türkiyəni hədəf alan terrorçu təşkilatlar əməllərinin cəzasız qalmayacağını bilməlidir: "Biz beynəlxalq qanunlar çərçivəsində bütün hüquqlara malik olmaqla, onların aksiyalarına tam qətiyyətlə cavab verəcəyik. Bu, hələ son deyil. Tam əksinə, Türkiyədə yeni hökumət qurulanda məntiqli çıxış yolu tapmaq üçün məsələni daha da qabartmağa çalışacağıq. Bu arada qeyd etməliyəm ki, PKK terror təşkilatı hücumlarını dayandırmalı və yaraqlılarını Türkiyədən geri çağırmalıdır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi