Yuxarı
    Bağlamaq

    Temir Sariyev yenidən ​Qırğızıstanın baş naziri seçilib

    Ölkənin Müdafiə Nazirliyi ləğv edilib

    Bakı. 5 noyabr. REPORT.AZ/ Qırğızıstan parlamenti Temir Sariyevi yenidən baş nazir seçib.

    "Report" Qırığızıstan KİV-inə istinadən xəbər verir ki, parlamentin 120 deputatından 118-i onun lehinə səs verib.

    Qanunverici orqan Nazirlər Kabinetinin yeni strukturunu və tərkibini də təsdiqləyib. Hökumətin 15 üzvündən 12-si əvvəlki vəzifələrində qalıb.

    Bundan başqa Qırğızıstan Müdafiə Nazirliyi ləğv edilib, onun yerinə Müdafiə İşləri üzrə Dövlət Müdafiə Komitəsi yaradılıb. Miqrasiya və gənclər qurumu isə Miqrasiya və Məşğulluq Xidməti ilə əvəz edilib. Güc struktularının işinə nəzarət edən baş nazirin müavini vəzifəsi də ixtisara salınıb.

    Energetika və dövlət əmlakının idarə edilməsi üzrə iki holdinqin yaradılacağı da gözlənilir.

    Qeyd edək ki, yeni hökumətdə üç nazir qadındır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi