Telman İsmayılov Fransadan sığınacaq istəyib

Telman İsmayılov Fransadan sığınacaq istəyib O, Rusiyanın bütün güc strukturlarının rəhbərlərinə qarşı kompromat materiallara malik olduğunu bildirib
Region
22 Noyabr , 2017 15:54
Telman İsmayılov Fransadan sığınacaq istəyib

Bakı. 22 noyabr. REPORT.AZ/ İş adamı Telman İsmayılov siyasi sığınacaq istəyi ilə Fransa hökumətinə müraciət edib.

Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.

T.İsmayılovun sözlərinə görə, onun əlində Rusiyanın bütün güc strukturlarının rəhbərlərinə qarşı kompromat materiallar var və o, bunları müdafiəsi qarşılığında Fransanın xüsusi xidmət orqanlarına verə bilər.

O, Fransanın Provans regionundakı Antib kommunasına köçməyi planlaşdırır.

Qeyd edək ki, daha əvvəl T.İsmayılovun vəkili onun iki qətl hadisəsində və qanunsuz silah dövriyyəsində təqsirləndirildiyini bildirib. Moskva Basmannı Məhkəməsi iş adamının qiyabi həbsi barədə qərar qəbul edib. Biznesmenin indi harada olması məhkəməyə məlum deyil.

Son xəbərlər

Orphus sistemi