Yuxarı

Böyük Britaniya İrandakı səfirliyinin fəaliyyətini bərpa edib - FOTO

Böyük Britaniya dörd illik fasilədən sonra İrandakı səfirliyinin qapılarını yenidən açıb

Bakı. 23 avqust. REPORT.AZ/ Böyük Britaniya İrandakı səfirliyinin fəaliyyətini bərpa edib. Qərb dövlətləri ilə İran İslam Respublikası arasında nüvə proqramına dair əldə edilən razılaşmadan sonra Böyük Britaniya-İran münasibətlərində irəliləyiş müşahidə olunur.

"Report" BBC-yə istinadən xəbər verir ki, səfirliyin fəaliyyətinin bərpa edilməsi münasibətilə keçirilən mərasimdə Böyük Britaniyanın xarici işlər naziri Filip Hamond iştirak edib və o, səfirliyin binası qarşısında ölkəsinin bayrağını qaldırıb.

Qeyd edək ki, Böyük Britaniyanın İrandakı diplomatik nümayəndəliyi qərb ölkələri tərəfindən İrana qoyulan sanksiyalara etiraz edən nümayişçilərin səfirliyə hücum etməsi səbəbindən 2011-ci ildə fəaliyyətini dayandırmışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi