Tehranda Xəzər dənizinin hüquqi statusu müzakirə ediləcək

Tehranda Xəzər dənizinin hüquqi statusu müzakirə ediləcək İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək
Region
22 Oktyabr , 2016 16:03
Tehranda Xəzər dənizinin hüquqi statusu müzakirə ediləcək

Bakı. 22 oktyabr. REPORT.AZ/ Oktyabrın 23-24-də Tehranda Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə xüsusi işçi qrupun 47-ci iclası keçiriləcək. 

Report İRNA-ya istinadən xəbər verir ki, iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

İki gün davam edəcək iclasdan sonra Birgə Bəyannamənin qəbul edilməsi gözlənilir.

Son xəbərlər

Orphus sistemi