Yuxarı

​Tehranda Təbii Qaz İxrac edən Ölkələrin forumunun sammiti başlayıb

İştirakçılar təbii qaz bazarında qlobal vəziyyəti və onun perspektivlərini müzakirə edirlər

Bakı. 23 noyabr. REPORT.AZ/ Bu gün Tehranda Təbii Qaz İxrac edən Ölkələrin forumunun III sammiti başlayıb.

"Report" xəbər verir ki, bu haqda İRNA xəbər yayıb.

Tədbirə İran prezidenti Həsən Ruhani sədrlik edir.

Sammitdə 9 dövlət başçısı - Boliviya, Rusiya, Nigeriya, Venesuela və İraq prezidentləri, Əlcəzairin baş naziri iştirak edir, Türkmənistan prezidenti isə xüsusi qonaq sifəti ilə tədbirə qatılıb. Bundan başqa, bir sıra beynəlxalq təşkilatların nümayəndələri toplantıda iştirak edir.

İştirakçılar təbii qaz bazarında qlobal vəziyyəti və onun perspektivlərini müzakirə edirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi