​Tehranda Təbii Qaz İxrac edən Ölkələrin forumunun sammiti başlayıb

​Tehranda Təbii Qaz İxrac edən Ölkələrin forumunun sammiti başlayıb İştirakçılar təbii qaz bazarında qlobal vəziyyəti və onun perspektivlərini müzakirə edirlər
Region
23 Noyabr , 2015 18:05
​Tehranda Təbii Qaz İxrac edən Ölkələrin forumunun sammiti başlayıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Bu gün Tehranda Təbii Qaz İxrac edən Ölkələrin forumunun III sammiti başlayıb.

"Report" xəbər verir ki, bu haqda İRNA xəbər yayıb.

Tədbirə İran prezidenti Həsən Ruhani sədrlik edir.

Sammitdə 9 dövlət başçısı - Boliviya, Rusiya, Nigeriya, Venesuela və İraq prezidentləri, Əlcəzairin baş naziri iştirak edir, Türkmənistan prezidenti isə xüsusi qonaq sifəti ilə tədbirə qatılıb. Bundan başqa, bir sıra beynəlxalq təşkilatların nümayəndələri toplantıda iştirak edir.

İştirakçılar təbii qaz bazarında qlobal vəziyyəti və onun perspektivlərini müzakirə edirlər.

Son xəbərlər

Orphus sistemi