Yuxarı
    Bağlamaq

    ​Tehranda polis KFC markalı restoranı bağlayıb

    KFC: Tehranda bağlanan restoranın sahibi ilə məhkəmədə görüşməyə hazırıq

    Bakı. 4 noyabr. REPORT.AZ/ Polis Tehranda ABŞ-ın tanınmış KFC nişanlı əlüstü yemək ("fast food") restoranını bağlayıb.

    "Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

    Polis restoranı bağlamasının səbəbini açıqlamayıb. Məlumata görə, yerli jurnalistlər ehtimal edir ki, KFC markası ABŞ-a aid olduğu üçün restoranın fəaliyyəti yasaqlanıb.

    Bu yemək şəbəkəsinin rəhbərliyi isə bildirib ki, markasından İranda istifadə edilməsinə icazə verməyib: "Tehranda bağlanan restoranın sahibi ilə məhkəmədə görüşməyə hazırıq".

    İrandakı iaşə obyektinin yiyəsi isə onların müəssisəsinin amerikalılarla əlaqəsinin olmadığını söyləyib: "Biz Türkiyənin məşhur "Halal KFC" markası ilə işləyirik".

    İranlı sahibkar buna görə də polisin qərarına yenidən baxacağına və restoranın işini bərpa edəcəyinə ümidvardır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi