Yuxarı

Tehran və Seul 40 ildən sonra birbaşa aviareysləri bərpa edir

İki ölkə arasında uçuşları həyata keçirmək hüququnu Korean Air aviaşirkəti əldə edəcək

Bakı. 11 mart. REPORT.AZ/ Son 40 il ərzində ilk dəfə Koreya Respublikası ilə İran arasında birbaşa uçuşlar bərpa ediləcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu qərar rəsmi Tehrana qarşı beynəlxalq sanksiyaların ləğviylə əlaqədar olaraq dövlət səviyyəsində qəbul olunub. Bu barədə Koreya Dövlət Əraziləri, İnfrastruktur və Nəqliyyat Nazirliyi məlumat yayıb.

"İki ölkə arasında uçuşları həyata keçirmək hüququnu "Korean Air" aviaşirkəti əldə edəcək", - nazirliyin bəyanatında deyilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi