Tehran və Seul 40 ildən sonra birbaşa aviareysləri bərpa edir

Tehran və Seul 40 ildən sonra birbaşa aviareysləri bərpa edir İki ölkə arasında uçuşları həyata keçirmək hüququnu "Korean Air" aviaşirkəti əldə edəcək
Region
11 Mart , 2016 14:39
Tehran və Seul 40 ildən sonra birbaşa aviareysləri bərpa edir

Bakı. 11 mart. REPORT.AZ/ Son 40 il ərzində ilk dəfə Koreya Respublikası ilə İran arasında birbaşa uçuşlar bərpa ediləcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu qərar rəsmi Tehrana qarşı beynəlxalq sanksiyaların ləğviylə əlaqədar olaraq dövlət səviyyəsində qəbul olunub. Bu barədə Koreya Dövlət Əraziləri, İnfrastruktur və Nəqliyyat Nazirliyi məlumat yayıb.

"İki ölkə arasında uçuşları həyata keçirmək hüququnu "Korean Air" aviaşirkəti əldə edəcək", - nazirliyin bəyanatında deyilir.

Son xəbərlər

Orphus sistemi