Tehran və Moskva Suriya böhranının həlli üçün birgə təkliflər paketi hazırlayıb

Tehran və Moskva Suriya böhranının həlli üçün birgə təkliflər paketi hazırlayıb Hüseyn Əmir Abdullahian: "Bəşşar Əsəd bu təklifləri məmnuniyyətlə qarşılayaraq bəzi əlavələrini edib"
Region
16 Sentyabr , 2015 13:28
Tehran və Moskva Suriya böhranının həlli üçün birgə təkliflər paketi hazırlayıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ "İran Suriyadakı böhranın həlli üçün Rusiya ilə birlikdə hazırladığı təkliflər paketini yaxın zamanda tətbiq etməyi planlaşdırır".

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahian bildirib.

Onun sözlərinə görə, həmin təkliflər paketini ötən ay İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Suriyaya səfəri zamanı Bəşşar Əsədə təqim edib: "Bəşşar Əsəd bu təklifləri məmnuniyyətlə qarşılayaraq bəzi əlavələrini edib".

Nazir müavini təkliflərin detalları barədə məlumat verməsə də, bunları bildirib: "Xalqın rolunun əsas götürülməsi, Suriyada güc boşluğunun yaşanmasına icazə verilməməsi, terrorçuluğa qarşı mübarizə, qaçqınlara kömək və humanitar yardımların ehtiyacı olanlara çatdırılması böhranın həlli ilə bağlı İranın təkliflərindən sayıla bilər".

Son xəbərlər

Orphus sistemi