Tehran sammitində İran, Türkiyə və Rusiya prezidentləri birgə bəyannamə qəbul edib - YENİLƏNİB

Tehran sammitində İran, Türkiyə və Rusiya prezidentləri birgə bəyannamə qəbul edib - YENİLƏNİB Bakı. 7 sentyabr. REPORT.AZ/ İranın paytaxtı Tehran şəhərində İran, Türkiyə və Rusiya prezidentlərinin üçtərəfli zirvə görüşündə birgə bəyannamə qəbul edilib.
Region
7 Sentyabr , 2018 17:17
Tehran sammitində İran, Türkiyə və Rusiya prezidentləri birgə bəyannamə qəbul edib - YENİLƏNİB

Bakı. 7 sentyabr. REPORT.AZ/ İranın paytaxtı Tehran şəhərində İran, Türkiyə və Rusiya prezidentlərinin üçtərəfli zirvə görüşündə birgə bəyannamə qəbul edilib.

“Report”un verdiyi xəbərə görə, bu barədə İran prezidenti Həsən Ruhani bildirib.

Onun sözlərinə görə, hər üç ölkə Suriyada terrorçuluğa qarşı mübarizədə əlavə addımlar atmalıdır. Həmçinin H.Runani qeyd edib ki, terror problemi həll edildikdən sonra Suriyanın yeni konstitusiyası qəbul olunmalı, seçkilər keçirilməli, didərgin düşmüş əhali yurd-yuvalarına qayıtmalıdır.


***15:53

İranın paytaxtı Tehran şəhərində İran, Türkiyə və Rusiya prezidentlərinin zirvə görüşü başlayıb.

“Report”un verdiyi xəbərə görə, üç ölkənin prezidentləri - Həsən Ruhani, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin görüşdə Suriya məsələsi, o cümlədən İdlib əyalətindəki vəziyyəti müzakirə edəcəklər.

Qeyd edək ki, zirvə görüşü ilə yanaşı, üç prezident arasında ikitərəfli görüşlər də keçirilib.

Son xəbərlər

Orphus sistemi