Tehran prokurorluğu Rusiya şirkətini ittiham edib

Tehran prokurorluğu Rusiya şirkətini ittiham edib Ölənlərdən 6 nəfər Ermənistan vətəndaşı, o cümlədən ikisi ekipaj üzvü olub
Region
10 May , 2016 16:22
Tehran prokurorluğu Rusiya şirkətini ittiham edib

Bakı. 10 may. REPORT.AZ/ İran Tehran-Yerevan istiqamətində uçan təyyarənin qəzaya uğramasına görə Rusiya şirkətini ittiham edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Tehran Prokurorluğunun təmsilçisi Qazi Şəhriyari bildirib.

Onun sözlərinə görə, "Caspian Airlines" hava şirkətinə məxsus olan və 2009-cu il iyulun 16-da Tehran-Yerevan istiqamətində uçan "Tu-154" sərnişin təyyarəsinin qəzaya uğramasını araşdıran komissiya qərara gəlib ki, qəzaya görə Rusiya şirkəti məsuliyyət daşıyır.

Qeyd edək ki, təyyarənin göyərtəsində 153 sərnişin, o cümlədən iki uşaq və 15 heyət üzvü olub. Ermənistan, Gürcüstan və İran vətəndaşları olan sərnişinlərin hamısı hadisə nəticəsində ölüb. Sərnişinlərin 35-i erməni soyadı daşıyıb. 

Xatırladaq ki, 1994-cü il martın 17-də Ermənistan silahlıları İslam Respublikasının Rusiyadakı səfirliyinin əməkdaşlarının olduğu "Herkules C-130" hərbi nəqliyyat təyyarəsini Xankəndi səmasında vurmuşdu. Yerevanın bu terror əməli nəticəsində 9-u uşaq olmaqla, 19 sərnişin və 13 nəfərdən ibarət heyət üzvü həyatını itirmişdi.

Son xəbərlər

Orphus sistemi