Yuxarı

İran rəsmi olaraq nüvə proqramı üzrə öhdəlikləri yerinə yetirməyəcəyini açıqlayıb

Tehran nüvə öhdəliklərinin yerinə yetirməyəcəyini açıqlayıb

İran nüvə proqramı üzrə imzaladığı Əhatəli Razılaşma Müqaviləsinin bəzi öhdəliklərinin icrasını dayandırdığını rəsmi olaraq elan edib.

“Report” xəbər verir ki, bu barədə “İSNA” agentliyi İranın Atom Energetikası Agentliyinə istinadən məlumat yayıb.

Qeyd edək ki, mayın 8-də İran Prezidenti Həsən Ruhani 300 kq zənginləşdirilmiş uranın və 130 tondan artıq ağır suyun xaricə satışını 60 gün müddətinə dayandıracaqlarını bildirmişdi.

Xatırladaq ki, 2015-ci il iyulun 15-də İranla “altılıq” ölkələri (ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Çin və Rusiya) arasında rəsmi Tehranın nüvə proqramına dair imzalanıb. Avropa İttifaqının ali nümayəndəsi, Almaniya, Britaniya və Fransanın xarici işlər naziriləri birgə bəyanat yayaraq, İranın nüvə anlaşmasındakı öhdəliklərini yerinə yetirməyə çağırıblar

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi