Tehran metrosunda iki qatarın toqquşması nəticəsində 50-dək insan yaralanıb - FOTO

Tehran metrosunda iki qatarın toqquşması nəticəsində 50-dək insan yaralanıb - FOTO Hadisə nəticəsində xəsarət alanlar şəhərin 3 xəstəxanasına yerləşdiriliblər
Region
6 İyun , 2017 20:08
Tehran metrosunda iki qatarın toqquşması nəticəsində 50-dək insan yaralanıb - FOTO

Bakı. 6 iyun. REPORT.AZ/ Tehran metrosunda iki qatarın toqquşması nəticəsində 48 nəfər xəsarət alıb.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə İran dövlət televiziyası bildirib.

Metropolitenin mətbuat xidmətinin nümayəndəsi Ehsan Mokaddəmin sözlərinə görə, tuneldən çıxan qatar şəhərin qərbində yerləşən Taraşt stansiyasında dayanan digər qatarla toqquşub.

Telekanalın məlumatına görə, hadisə nəticəsində xəsarət alanlar şəhərin 3 xəstəxanasına yerləşdiriliblər. 

Son xəbərlər

Orphus sistemi