Yuxarı
    Bağlamaq

    ​Tehran məktəblərində dərslər havanın çirklənməsi səbəbindən təxirə salınıb

    Meqapolis qatı boz tüstüyə bürünüb, yollarda görüntü azalıb

    Bakı. 20 dekabr. REPORT.AZ/ Tehran rəhbərliyi şənbə günü havanın çirklənməsinin son həddə çatması səbəbindən bazar günü məktəblərin bağlanması haqqında qərar qəbul edib.

    "Report" xəbər verir ki, bu barədə "Press TV" telekanalının məlumatında bildirilir.

    "Tehranda havanın çirklənməsi həyəcanlı səviyyəyə çatıb ki, bu da hakimiyyəti məktəbləri bağlamağa məcbur edib", - deyə məlumatda bildirilir.

    Şənbə və bazar İranda iş günləri hesab olunur.

    Əhalisi 14 milyon olan meqapolis qatı boz tüstüyə bürünüb, yollarda görüntü azalıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi