Yuxarı

​Tehran İraqın şimalındakı kürd hökumətinə neftin nəqli ilə bağlı təklif edib

Səidullah Məsudi: Sadəcə, layihənin gerçəkləşməsi üçün hər iki tərəfin güclü iradəsinə ehtiyac var

Bakı. 10 mart. REPORT.AZ/ Tehran hakimiyyəti İraqın şimalındakı hökumətə neftin İran ərazisindən keçərək, dünya bazarlarına çıxarılması təklifini edib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər ki, bunu İranın İraqın Süleymaniyyə şəhərindəki baş konsulu Səidullah Məsudi kürd dilli telekanalına müsahibəsində bildirib.

Baş konsulun sözlərinə görə, İran rəsmiləri bu məsələ ilə bağlı İraqın şimalındakı Muxtariyyətin məsul şəxslərinə təklif ediblər.

Ərbil (İraqın şimalındakı Muxtariyyətin mərkəzi) - Tehran iş birliyindən danışan iranlı diplomat deyib: "İranın böyük şirkətləri bu layihəni həyata keçirə biləcək imkana malikdir. Sadəcə, layihənin gerçəkləşməsi üçün hər iki tərəfin güclü iradəsinə ehtiyac var".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi